...

ABŞ Rusiyanın hazırkı hərəkətlərində nüvə təhlükəsi görmür - Bayden

Dünya xəbərləri Materials 17 Fevral 2024 06:21 (UTC +04:00)
ABŞ Rusiyanın hazırkı hərəkətlərində nüvə təhlükəsi görmür - Bayden

Bakı. Trend:

Birləşmiş Ştatlar Rusiyanın hazırkı hərəkətlərində nüvə təhlükəsi görmür.

Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.

Bundan əvvəl ABC telekanalı Rusiyanın nüvə silahlarını kosmosa yerləşdirmək planları barədə məlumatın ABŞ qanunvericilərinə gizli brifinqdə çatdırıldığını bildirmişdi.

Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin kosmosda nüvə silahı hazırlamaq planları ilə bağlı şayiələri ABŞ-ın hiyləsi adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti