...

Somali tarixində ilk dəfə: neft hasil ediləcək

Dünya xəbərləri Materials 17 Fevral 2024 16:35 (UTC +04:00)
Somali tarixində ilk dəfə: neft hasil ediləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Somali bu ilin sonunda tarixində ilk dəfə öz ərazisində neft hasilatına başlayacaq.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Somalinin neft və mineral ehtiyatlar naziri Əbdurrəzaq Ömər Məhəmməd məlumat verib.

O qeyd edib ki, ilk neftin Qalmuduq ştatı, ölkənin cənub-qərbi və Cubaland əyalətlərindəki yataqlardan hasil ediləcəyi gözlənilir.

Qeyd edək ki, 2022-ci ilin oktyabrında Somali ABŞ-ın “Coastline Exploration” şirkəti ilə ölkə ərazisində neft yataqlarının işlənməsi ilə bağlı müqavilə imzalayıb. Somalinin 30 milyard barelə qədər potensial neft və təbii qaz ehtiyatları olması ehtimal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti