...

Təkrar prezident seçilən Putin ilk rəsmi səfərini Çinə edəcək - KİV

Dünya xəbərləri Materials 19 Mart 2024 17:17 (UTC +04:00)
Təkrar prezident seçilən Putin ilk rəsmi səfərini Çinə edəcək - KİV
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Yenidən Rusiya Federasiyasının prezidenti seçilən Vladimir Putin ilk rəsmi səfərini Çinə edəcək.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı çəkilməyən mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Putin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə danışıqlar üçün may ayında ölkəyə səfər edəcək.

Səfərin böyük ehtimalla may ayının ikinci yarısında baş tutacağı gözlənilir. Kreml xəbərlə bağlı şərh bildirməkdən imtina edib, Çinin Xarici İşlər Nazirliyi isə hələlik agentliyin sorğusunu cavablandırmayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasiminin mayın 7-də keçiriləcəyi gözlənilir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti