...

Yanvar-fevral aylarında Ukraynadan Türkiyə limanlarına daşınan yüklərin həcmi açıqlanıb

Dünya xəbərləri Materials 25 Mart 2024 12:18 (UTC +04:00)
Yanvar-fevral aylarında Ukraynadan Türkiyə limanlarına daşınan yüklərin həcmi açıqlanıb

Bakı. Trend:

2024-cü ilin yanvar-fevral aylarında Ukraynadan Türkiyə limanlarına 1 milyon 583 min 181 ton yük daşınıb.

Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyə bayrağı altında üzən gəmilər Ukraynadan limanlara 46 min 532 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 1 milyon 488 min 149 ton yük çatdırıb.

Bu müddət ərzində Ukrayna bayraqlı gəmilərlə Türkiyə limanlarına 48 min 500 ton yük çatdırılıb. 2024-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarına Ukraynadan 28 min 396 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin fevral ayında Türkiyə limanları 32 milyon 794 min 263 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında üzən gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 368 min 96 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında üzən gəmilərlə yük daşınması 1 milyon 262 min 436 ton olub.

Bununla yanaşı, 2024-cü ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 926 min 868 ton tranzit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanları 66 milyon 27 min 67 ton yük qəbul edib.

“2024-cü ilin yanvar-fevral aylarında Türkiyə bayrağı altında üzən gəmilərlə yük qəbulu 4 milyon 739 min 472 ton təşkil edib. Digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 61 milyon 287 min 595 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarından 11 milyon 157 min 744 ton tranzit yük daşınıb.

Qeyd edək ki , bu ilin fevral ayında Türkiyə limanları 4 min 531 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 437, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 94 olub.

2024-cü ilin yanvar-fevral aylarında Türkiyə limanları 8 min 883 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 6 min 47, Türkiyə bayrağı altında olan gəmilər isə 2 min 836 olub.

Xəbər lenti

Xəbər lenti