...

Ermənistan KTMT-də iştirakını dondurub - Paşinyan

Dünya xəbərləri Materials 26 Mart 2024 13:25 (UTC +04:00)
Ermənistan KTMT-də iştirakını dondurub - Paşinyan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

БАКУ/Trend/ -

Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub.

Trend-in məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Yunanıstanın "Katimerini" qəzetinə müsahibəsində deyib.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), bizim qiymətləndirməmizə görə, Ermənistan Respublikası qarşısında təhlükəsizlik öhdəliklərini, xüsusən 2021-2022-ci illər ərzində yerinə yetirməyib”, - deyə o bildirib.

Paşinyan qeyd edib ki, 2023-cü ilin sentyabrından Ermənistanın KTMT-də daimi nümayəndəsi yoxdur.

"Biz KTMT-nin yüksək səviyyəli danışıqlarında iştirak etmirik. Biz KTMT-nin qərarlarını bloklamırıq, lakin qərarların qəbulunda da iştirak etmirik", - o əlavə edib.

Qeyd edək ki, Paşinyan daha əvvəl İrəvanın KTMT-dən çıxmaq niyyətini bəyan etmişdi. Onun sözlərinə görə, təşkilat "öz öhdəliklərini yerinə yetirməli və məsuliyyət sahəsini tanımalıdır".

Xəbər lenti

Xəbər lenti