...

"Crocus City Hall" işində daha bir nəfər həbs edildi

Dünya xəbərləri Materials 26 Mart 2024 14:25 (UTC +04:00)
"Crocus City Hall" işində daha bir nəfər həbs edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Moskvada "Crocus City Hall"a hücumla bağlı iş üzrə səkkizinci müttəhim həbs edilib.

Trend xəbər verir ki, Moskvanın Basman məhkəməsinin qərarı ilə terror aktını törədənlərə mənzil kirayə verən Qırğızıstan əsilli Əlişir Kasımov həbs olunub.

“Qasımovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatəti təmin edilib”, - hakim qərar elan edib.

Qeyd edək ki, martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskdakı “Crocus City Hall”da atışma olub. Hadisə "Piknik" qrupunun konserti başlamazdan əvvəl baş verib. Hücum nəticəsində 139 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti