...

Fransa Ukraynaya 400 kəşfiyyat dronu göndərəcək

Dünya xəbərləri Materials 27 Mart 2024 14:59 (UTC +04:00)
Fransa Ukraynaya 400 kəşfiyyat dronu göndərəcək
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın "Delair" şirkəti Ukraynaya 400 kəşfiyyat dronu göndərəcək.

Trend Ukrayna KİV-ə istinadən xəbər verir ki, dronların istehsalı üzrə müqavilə artıq bağlanılıb.

Dronlardan birinin "DT26", digərinin isə "UX11" olduğu bildirilib.

"Bu cihazlar mülki sektor üçün hazırlanıb, lakin hazırda yüzlərlə bu cür dronlar Ukraynada döyüş meydanında istifadə olunur. Bir il ərzində "DT26" istehsalının sürətini üçqat artırmışıq", - "Delair" şirkətinin baş direktoru Bastyen Mançini deyib.

"UX11" dronlarından da il ərzində yüzlərlə ədəd istehsal olunduğu qeyd edilib. Lakin dronların Ukraynaya konkret olaraq nə vaxt tədarük ediləcəyi açıqlanmayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti