...

ABŞ Pakistanı sanksiyalarla hədələyib - KİV

Dünya xəbərləri Materials 27 Mart 2024 14:57 (UTC +04:00)
ABŞ Pakistanı sanksiyalarla hədələyib - KİV
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Pakistan-İran qaz kəməri layihəsinin icrasını dəstəkləmir və İranla biznes aparacağı təqdirdə Pakistana qarşı sanksiyalar tətbiq edəcəyini bildirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi jurnalistlərə deyib.

"Biz daima hamıya bildiririk ki, İranla biznes aparmaq bizim sanksiyalarımıza səbəb ola bilər və buna çox diqqətlə yanaşılmasını məsləhət görürük. Biz bu qaz kəmərinin tikintisini dəstəkləmirik", - "Dawn" nəşri adı açıqlanmayan Ağ Evin rəsmisindən sitat gətirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti