...

Rumıniya ilk dəfə Rusiya vətəndaşları üçün Şengen vizası rəsmiləşdirəcək

Dünya xəbərləri Materials 28 Mart 2024 11:10 (UTC +04:00)
Rumıniya ilk dəfə Rusiya vətəndaşları üçün Şengen vizası rəsmiləşdirəcək
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniya martın 31-dən ilk dəfə Rusiya vətəndaşları üçün Şengen vizası rəsmiləşdirəcək.

Trend xəbər verir ki, bu barədə TASS agentliyinə Rumıniyanın Moskvadakı səfirliyindən bildiriblər.

Qeyd olunub ki, Şengen vizası almaq istəyən Rusiya vətəndaşları Rumıniyanın ölkə ərazisindəki bütün konsulluqlarına müraciət edə bilərlər.

Martın 31-dən etibarən veriləcək vahid vizalar istənilən 180 günlülk müddət ərzində 90 gün müddətinə Şengen zonasına səfər etməyə imkan verəcək. Həmin tarixə qədər verilən vizalarla isə turistlər yalnız Rumıniyaya səfər edə bilərlər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti