...

Mask hesab edir ki, Aİ-də demoqrafik böhran qaçılmazdır

Dünya xəbərləri Materials 6 Sentyabr 2024 04:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İlon Mask əmindir ki, aşağı doğum nisbətləri səbəbindən Avropa İttifaqı qaçılmaz olaraq demoqrafik böhranla üzləşəcək.

Trend xəbər verir ki, o, bu barədə X hesabında paylaşım edib.

“Doğum göstəriciləri sürətlə azalmağa davam edir. Demoqrafik çöküş qaçılmazdır,” – deyə Mask qeyd edib. O, bu şərhi 2022-ci ildə Aİ-də 3,88 milyon uşağın doğulması ilə bağlı verilən məlumat əsasında edib ki, bu rəqəm birlik üçün rekord aşağı səviyyədədir. Mask daha əvvəl də demoqrafik böhran səbəbindən İtaliya, Fransa və Yaponiya mədəniyyətləri də daxil olmaqla bir çox xalqların yox olmaq riski ilə üzləşə biləcəyini bildirmişdi.

Xəbər lenti

Xəbər lenti