...

Türkiyə məhkəməsi erməni qəzetinin redaktoruna bəraət qazandımaqdan imtina edib

Dünya xəbərləri Materials 2 May 2006 14:16 (UTC +04:00)

Türkiyə məhkəməsi türk xalqını təhqir etməkdə təqsirli bilinən tanınmış jurnalistin apellyasiya şikayətini qəbul etməyib. Bu barədə BBC News xəbər verir.

Əslən erməni olan Türkiyə vətəndaşı Qrant Dink 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərin kütləvi qətlinə həsr olunmuş məqaləyə görə ötən ilin oktyabrında 6 aylıq şərti həbs cəzasına məhkum olunub. "Aqos" qəzetinin baş redaktoru türk xalqını təhqir etməkdə təqsirli bilinib. Məhkəmə bu cinayətin əlamətlərini türk qanının murdar adlandırıldığı məqalələrdən birində tapıb.

Trend in xəbər verdiyi kimi, Qrant Dink bu sözlərlə türk millətini təhqir etmək istəməsini inkar edib və öz məqalələri ilə türklər və ermənilər arasında münasibətləri yaxşılaşdırmağa çalışdığını bildirib. Fevralda baş prokurorluğun nümayəndələri Dinkin məqaləsinin təhqiredici olmaması ilə bağlı rəy çıxarıb. Ancaq apellyasiya məhkəməsi bu rəyi qəbul etməyib və jurnalistə qarşı irəli sürülmüş ittihamın əsaslı olması ilə bağlı qərar çıxarıb.

Dinkin işi baxılmaq üçün artıq bir dəfə bununla məşğul olmuş yerli məhkəməyə qaytarılacaq. Jurnalist bəyan edib ki, apellyasiya məhkəməsinin qərarı ona çox təsir edib. O, dəfələrlə deyib ki, əgər məhkəmə vasitəsilə öz adını təmizləyə bilməsə, ölkəni tərk etmək məcburiyyətində qalacaq.

Osmanlı Türkiyəsində ermənilərin taleyi "qızğın" mövzudur və tez-tez məhkəmə iddialarına səbəb olur. Dinkin işi bu kimi bir neçə hadisədən biridir və Türkiyədə söz azadlığı məhdudiyyətindən narahat olan Avropa Birliyi nümayəndələri belə hadisələrin inkşafını diqqətlə izləyir. AB-yə daxil olmaqla bağlı aparılan danışıqlarla əlaqədar Türkiyədə bir sıra islahatların aparılmasına baxmayaraq, türk xalqını, ölkənin silahlı qüvvələrini vıə məhkəmə orqanlarını təhqir etməyə görə cəzanın nəzərdə tutulduğu maddələr qanunvericilkdə qalıb. Bu barədə lenta.ru. xəbər verir.

Xəbər lenti

Xəbər lenti