...

Marqaret Bekett Böyük Britaniyanın yeni xarici işlər naziri təyin edilib

Dünya xəbərləri Materials 5 May 2006 17:17 (UTC +04:00)

Böyük Britaniyanın baş naziri Toni Bleyer bu gün hökumətdə bir sıra kadr dəyişiklikləri edib. O, bu addımı rəhbərlik etdiyi Leyboristlər partiyasının yerli hakimiyyət orqanlarına seçkilərdə məğlubiyyətə uğramasından sonra atıb. Ən hay-küylü addım ölkənin xarici işlər naziri Cek Strounun istefası olub. Britanyianın xarici siyasət idarəsinin yeni rəhbəri bu günə kimi ətraf mühitin mühafizəsi, ərzaq və kənd təsərrüfatı naziri olan Marqaret Bekett olub.

Trend in verdiyi məlumata görə, bundan əlavə müdafiə naziri Con Rid Çarlz Klarkın yerinə daxili işlər naziri vəzifəsini tutub. Qeyd edək ki, Ç.Klark hökuməti cinayətkar mühacirləri ölkədən çıxara bilməməkdə günahlandırdığı üçün istefaya göndərilib.

Xatırladaq ki, martın sonlarında T.Bleyerin reytinqi 1997-ci ildə hakimiyyətə gəldiyi ilk andan ən aşağı səviyyəyə düşüb. Aparılan sorğular nəticəsində onu britaniyalıların 36% -nin dəstəklədiyi, respondentlərin 54% -nin isə baş nazirə etimad göstərmədikləri məlum olub. Bu barədə RBK məlumat verib.

Xəbər lenti

Xəbər lenti