...

Rusiya və ABŞ nüvə silahsızlanması haqqında memorandum imzalayıb

Dünya xəbərləri Materials 22 May 2006 16:31 (UTC +04:00)

Rosatomun ictimai şurası və Qlobal Nüvə Silahsızlanması Fondu (ABŞ) nüvə silahlanmasının nəticələrinin aradan qaldırılması sahəsində proqramların gerçəkləşdirilməsi istiqamətində birgə fəaliyyət haqqında memorandum imzalayıb.

Trend agentliyi "RİA Novosti"yə istinadən yaydığı məlumata əsasən, memorandum çərçivəsində Rusiya və ABŞ kütləvi qırğın silahlarının məhvi ilə bağlı beynəlxalq ikitərəfli və çoxtərəfli sazişlərə müvafiq olaraq birgə fəaliyyət haqqında razılaşıb.

Rosatomdan verilən məlumata əsasən, bu sənəd həmin sahədə ictimai qurumlar arasında imzalanan birinci memorandumdur. İndiyə qədər əməkdaşlıq hökumət səviyyəsində həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti