...

Viktor Yuşenko: GUAM ölkələri arasında azad ticarət rejiminin tətbiqi qaydasını işləmək üçün 30 gündən az vaxt tələb olunacaq

Dünya xəbərləri Materials 24 May 2006 13:54 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenko əmindir ki, GUAM ölkələri arasında azad ticarət rejiminin tətbiqi qaydasını işləmək üçün 30 gündən az vaxt tələb olunacaq. Belə bəyanatla o, mayın 24-də Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli görüşdən sonra çıxış edib. Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, prezidentin sözlərinə görə, azad ticarət rejimi bu gündən etibarən de-yure fəaliyyətə başlayır, Ukrayna Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Xidməti tərəfindən rejimin tətbiqi ilə bağlı müvafiq qayda hazırlandıqdan sonra isə de-fakto fəaliyyət göstərəcək. "Bugünkü protokol elə müxtəlif agentliklərin və nazirliklərin bu qaydanın hazırlanması ilə bağlı öhdəliyidir. Düşünürəm ki, buna 30 gündən az vaxt sərf olunacaq", - deyə V.Yuşenko qeyd edib.

Xəbər lenti

Xəbər lenti