...

Mayın 26-da Tbilisidə böyük hərbi parad keçiriləcək

Dünya xəbərləri Materials 26 May 2006 13:42 (UTC +04:00)

Gürcüstanın müstəqillik günü münasibətilə mayın 26-da keçiriləcək hərbi parad ən iri miqyaslı olacaq. Burada 18 min hazırda xidmət edən və ehtiyatda olan hərbiçilər iştirak edəcək.

Trend agentliyinin "KAVKAZ-PRESS"a istinadən yaydığı məlumata əsasən, parada 17 660 hərbiçi çıxacaq. Onların 14 000 piyada, qalanları isə hərbi maşınlarda olacaq. Bundan əlavə, 6 hərbi təyyarə və 36 vertolyotdan istifadə olunacaq. Ağır texnikaya gəldikdə, parada təkcə tırtıllı texnika deyil, həm də zirehli maşın və özüyeriyən artilleriya qurğuları da cəlb olunacaq.

Gürcüstan hərbi orkestri ilə yanaşı Fransa hərbi orkestri də çalacaq.

2005-ci ilin mayın 26-da hərbi parada 11,5 mindən çox zabit və əsgər, 3 min ehtiyatda olan hərbçilər, hərbi texnika və aviasiya, xüsusilə, 16 "BTR-80", 4 "İrokez", 6 Mi-8, 3 "Mi-24" və 6 hücumçu "Su-25" vertolyotları cəlb olunub.

Xəbər lenti

Xəbər lenti