...

S.İvanov: Rusiyanın hərbi təbabətində praktiki olaraq maddi-texniki problem yoxdur

Dünya xəbərləri Materials 2 İyun 2006 14:51 (UTC +04:00)

Rusiyanın hərbi təbabətində praktiki olaraq maddi-texniki problem yoxdur. Bunu 300 illiyi qeyd olunan Burdenko adına hospitalına baş çəkən Rusiyanın müdafiə naziri Sergey İvanov bəyan edib. Nazirin sözlərinə görə, o, hospitaldakı şəraitdən razılığını bildirən həkim və tibb bacıları ilə görüşüb. "Əməkdaşların, bir növbədə də, mülki şəxslərin sosial probleilərini həll etmək qalıb. Hərbi həkimlər kimi, onlar da yaxın vaxtlarda əlavə pul (nadbavka) alacaq" - deyə S.İvanov qeyd edib.

Trend agentliyinin "RBK"yə istinadən yaydığı məlumata əsasən, nazir hesab edir ki, Rusiyanın hərbi təbabəti dünyada ən yüksək yerlərdən birini tutur. "Bizim hərbi həkimlərimiz dünyada yüksək nüfuza malikdir...Rusiya əzəldən müharibələrdə iştirak edib, çoxlu adam itirib və hərbi təbabətə önəm verməli olub" - deyə S,İvanov vurğulayıb. Onun sözlərinə görə, son iki ildə dövlət hərbi təbabətə, o cümlədən, Burdenko adına hospitala xeyli vəsait ayırır.

Xəbər lenti

Xəbər lenti