...

Rusiya dəniz limanları vasitəsilə xarici ticarəti genişləndirir

Dünya xəbərləri Materials 6 İyun 2006 16:35 (UTC +04:00)

Rusiyanın dəniz limanları xarici ticarətin 40%-dən çoxunu təmin edir. Bunu Rusiyanın baş nazir müavini, müdafiə naziri Sergey İvanov bəyan edib.

Trend agentliyinin "İNTERFAKS-AVN"ya istinadən xəbər verir ki, Rusiya hökuməti yanında Dəniz Kollegiyasının iyunun 6-da Saknt-Peterburqda keçirilən iclasında S.İvanov bildirib ki, 2005-ci ilin yekunları üzrə Rusiya limanlarında 407 mln. ton yük emal edilib ki, bu da 1993-cü illə müqayisədə 3 dəfə çoxdur.

"Nəticədə ötən il qonşu ölkələr Ukrayna, Latviya, litva, Estoniya və Finlyandiya limanlarının Rusiya yüklərinin daşınmasında payı 37%-dən 17%-dək azalıb" - deyə S.İvanov qeyd edib.

"Mütəxəssislərin proqnozlarına görə, 2010-cu ildə limanlarda yüklərin 530 mln. tona qədər artmalıdır" - deyə baş nazir müavini qeyd edib. "2005-ci ildə çay limanlarında yüklərin emalı 170,6 mln. ton təşkil edib" - deyə S.İvanov vurğulayıb

Xəbər lenti

Xəbər lenti