...

İranda QİÇS virusuna nəzarət etməyə imkan verən dərman düzəldiblər

Dünya xəbərləri Materials 3 Fevral 2007 14:33 (UTC +04:00)

İran alimləri QİÇS virusuna nəzarət etməyə imkan verən dərman düzəldiblər. Bu barədə İran televiziyasının efirində ölkənin səhiyyə naziri Kamran Baqeri Lənkərani bildirib.

Onun sözlərinə görə, bitki mənşəli dərman nanotexnologiyalardan istifadə etməklə düzəldilib.

"QİÇS virusuna nəzarət edən preparat orqanizmin qan dövriyyəsi sisteminə və onun immun sisteminə çox effektiv təsir göstərir", - deyə nazir bildirib. Bu barədə Trend www.rian.ru saytına istinadən xəbər verir.

IMOD adlandırılan preparatın yaradılması üzərində iş təxminən beş il davam edib. Onun hazırlanmasında İranın 16 elmi-tədqiqat institutu iştirak edib. Dərmanın təsiri artıq 200 könüllünün üzərində sınaqdan keçirilib. Tezliklə İran preparatı geniş satışa çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti