...

İndoneziya paytaxtında daşqın nəticəsində qurbanların sayı 50 nəfərə çatıb

Dünya xəbərləri Materials 7 Fevral 2007 13:12 (UTC +04:00)

Səhiyyə nazirliyinin nümayəndəliyinə istinadən Associated Press (C) agentliyi məlumat verir ki, İndoneziya paytaxtında daşqın nəticəsində qurbanların sayı 50 nəfərə çatıb.

Onun sözlərinə görə, bu insanların əksəriyyəti sudaboğulma və cərəyan vurma nəticəsində dünyasını dəyişib. Bununla yanaşı, şəhərdə suyun səviyyəsi aşağı düşməyə başlayıb. Bir çox sakinlər artıq evlərinə dönüb. Lakin hökumət yeni yağışların daşqına səbəb olacağı barədə xəbərdarlıq edib. Bu barədə www.rbc.ru-ya istinadən Trend məlumat verir.

Xəbər lenti

Xəbər lenti