...

İsveçrədə B.Mussolininin gündəlikləri tapılıb

Dünya xəbərləri Materials 12 Fevral 2007 11:13 (UTC +04:00)

İsveçrədə İtaliyanın eks-diktatoru Benito Mussolininin gündəlikləri tapılıb. İtaliyalı senator Marçello Dellutri bildirib ki, 1935-1939-cu ilə aid tarixi sənədləri İtaliya faşizminin banisinin həbsində iştirak etmiş şəxsin evində aşkar edib. Bu barədə Trend www.rbc.ru saytına istinadən xəbər verir.

Senator qeyd edib ki, burada B.Mussolininin İtaliyanın İkinci dünya müharibəsində iştirakına qarşı olmasını göstərən qeydlər var. "Biz özümüzdə olmayan silahı əlimizə götürə bilmərik və götürməməliyik", - deyə eks-diktator yazıb. Bu barədə M.Dellutri bildirib.

Keçmiş diktatorun nəvəsi Alessandra Mussolini bildirib ki, gündəliklərin B.Mussolininin xətti ilə yazılmasına şübhə etmir. Bu barədə (c) Reuters xəbər verir.

Xəbər lenti

Xəbər lenti