...

Gürcüstanın XİN başçısı fevralın 13-də Slovakiyaya yola düşəcək

Dünya xəbərləri Materials 12 Fevral 2007 17:03 (UTC +04:00)

Fevralın 13-də Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili Slovakiyaya rəsmi səfər edəcək. Bu barədə Trend in Tbilisidəki xüsusi müxbirinə Gürcüstanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bratislavaya səfər zamanı Slovakiya prezidenti İvan Qaşparoviçlə, baş nazir Robert Fritslə görüşlərin keçirilməsi planlaşdırılır. Səfər isə Slovakiyanın XİN başçısı Yan Kubişin dəvəti ilə həyata keçirilir.

Görüş zamanı Gürcüstanın Avropa qurumlarına inteqrasiyası məsələləri və Slovakiyanın Avropa qurumlarına daxil olması yolunda əldə etdiyi təcrübə müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti