...

ABŞ Dövlət Departamenti: ABŞ-ın İrana hücum planı yoxdur

Dünya xəbərləri Materials 13 Fevral 2007 14:07 (UTC +04:00)

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Şon Makkormak bildirib ki, ABŞ-ın "İrana hücum planı yoxdur". Trend xəbər verir ki, bu bəyanatı amerikalı diplomat ənənəvi brifinqdə ABŞ müdafiə naziri Robert Keytsin İraqda müxalif qüvvələri dəstəkləməkdə İranı ittiham etməsi barədə fiktirlərini şərh edərkən bildirib.

Ş.Makkormak bildirib: "Müdafiə naziri R.Keyts çox açıq şəkildə bildirib ki, biz bu cür fəaliyyət variantını nəzərdə tutmuruq. Bizim gücümüz İraq daxilində apardığımız fəaliyyətə mərkəzləşib". O həmçinin əlavə edib ki, ABŞ-ın "İrana hücum kimi planı yoxdur".

Amerika diplomatı vurğulayıb ki, ABŞ İrana münasibətdə diplomatik vasitələrə üstünlük verməkdə davam edir. Ş.Makkormak bildirib: "Biz kifayət qədər çox diplomatik enerji və kapital sərf etmişik, mən düşünürəm ki, daha çox sərf etməklə və diplomatik vasitələrdən istifadə etməklə İranı öz davranışını dəyişməyə əmin edə bilək".

Xəbər lenti

Xəbər lenti