...

İran XİN: Tehran İsveçrənin təklif etdiyi paketə baxmağa hazırdır

Dünya xəbərləri Materials 13 Fevral 2007 16:15 (UTC +04:00)

İsveçrənin İranın nüvə proqramı üzrə təklif etdiyi layihə İranın dünya nüvə texnologiyalarına çıxmaq üçün hüququna zəmanət versə, İslam Respublikası həmin layihəyə baxmağa hazırdır.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd -Əli Xoseyni Tehranda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İran danışıqlar zamanı uranın zənginləşdirilməsi moratoriumu haqqında məsələyə baxmağa hazırdır.

"İslam Respublikası, əvvəlki kimi, danışıqlarda bütün məsələlərə, hətta dayandırılmaya da (uranın zənginləşdirilməsi üzrə işlərin) baxmağa hazırdır", - deyə İran diplomatı bildirib. Bu barədə Trend www.irna.ir saytına istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti