...

Rusiya Yaponiyada böyük infrastruktur layihələrində iştirak etmək niyyətindədir - RF-nin baş naziri

Dünya xəbərləri Materials 28 Fevral 2007 20:18 (UTC +04:00)

RBK -nın məlumatına görə, Tokioda Yapon biznes federasiyası idarə heyəti ilə görüşdə RF-nın baş naziri Mixail Fradkov bildirib ki, Rusiya Yaponiyada ilk növbədə energetika sahəsində böyük infrastruktur layihələrində iştirak etmək niyyətindədir. "Yapon investisiyası üçün öz bazarlarımızı açmaqla, böyük infrastruktur layihələrində iştirak etmək üçün dəvət etməklə təbii ki, biz qarşılıqlı münasibətlərə inanırıq", deyə baş nazir bildirib. M.Fradkov qeyd edib ki, Rusiyanın ilk növbədə energetika sahəsində "yapon layihədərində fəal iştirak etmək üçün" kifayət qədər imkanı var. Bundan əlavə, söhbət üçüncü ölkənin bazarına hesablanan Yaponiya-Rusiya birgə layihələrindən də gedə bilər. "Bu təkcə Qazprom, "Rosneft" və RSC "EES Rusiya" kimi dünyada məşhur şirkətlərə deyil, həmçinin digər, çox məşhur olmayan, lakin digər nomenklaturalarda işləyənlərə də aiddir " deyə RF-nin baş naziri qeyd edib. O, əlavə edib ki, qeyri-enerji müəssisə sahibləri ilə yanaşı, o cümlədən "Baza elementi", "Rusal" və "Rustelekom" onlarla bərabər Yaponiyada olublar və yapon həmkarları ilə əməkdaşlıq barədə danışıqlarıa başlanılıb.

Xəbər lenti

Xəbər lenti