...

"Minilliyin çağırışı – Gürcüstan" və "WYG International" şirkəti arasında Samtsxe-Cavaxetiyadakı yolların yenidən qurulmasına dair müqavilə bağlanıb

Dünya xəbərləri Materials 5 May 2007 11:51 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxaliya/ "Minilliyin çağırışı - Gürcüstan" (MCG) və "WYG International" şirkəti Samtsxe-Cavaxetiyadakı yolların yenidən qurulması ilə bağlı müqavilə imzalayıblar. Fonddan Trend in müxbirinə verilən məlumata görə, müqavilənin dəyəri 1 748 906 dollara bərabərdir.

"WYG International" beynəlxalq təcrübəyə malik Böyük Britaniya şirkətidir. Şirkət 1980-ci ildə təsis edilib və öz müştərilərinə sosial-iqtisadi inkişaf sahəsində xidmətlər təklif edir.

Layihənin məqsədi regionda kommersiya fəaliyyətinin yaxşılışdırılması üçün Samtsxe-Cavaxetiya bölgəsinin nəqliyyat-yol şəbəkəsini inkişaf etdirməkdır. Plana əsasən, bölgədə 245 km yol bərpa olunacaq.

İşlərin başlanğıcı 2007-ci ilin avqustuna, yekunlaşdırılması isə 2009-cu ilin payızına planlaşdırılır. Layihənin büdcəsi 102.2 mln. dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti