...

Gürcüstan Hesablama Palatasının yeni sədri təyin olunub

Dünya xəbərləri Materials 12 May 2007 12:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi / müx. Trend N.Kirtsxalia/ Gürcüstanın Hesablama Palatasının yeni sədri Gürcüstan xarici işlər nazirinin sabiq müavini Levan Çoladze olub. Bu gün Gürcüstan parlamenti 115 səslə (1 nəfər əleyhinə) onun namizədliyini təsdiq edib. Çoladze bu postda 5 il çalışacaq.

Gürcüstan parlamentinin sədri Nino Burcanadze bəyan edib ki, palatanın formalaşdırılması üçün Çoladzeyə bir ay vaxt veriləcək.

Çoladze isə parlamentdəki səsvermədən sonra bunları söyləyib: "Bu mühüm istiqamətdə ölkəmə xidmət etmək mənim üçün böyük önəm daşıyır".

Xatırladaq ki, Çoladzenin bu posta namizədliyi mayın 7-də parlament spikeri tərəfindən irəli sürülüb. Bu vaxtadək Burcanadze mümkün namizədlərlə bağlı çoxsaylı məsləhətləşmələr aparmışdı.

Hesablama Palatasının sədri postu 2007-ci ilin martından sonra boş qalıb. Səbəb palatanın sədri olan Zurab Soseliyanın dünyasını dəyişməsi olub.

Xəbər lenti

Xəbər lenti