...

Gürcüstanda ən çox yayılmış azərbaycanlı soyadlarından biri Məmmədovdur

Dünya xəbərləri Materials 11 İyun 2007 19:05 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirsxalia/ Gürcüstanda ən geniş yayılmış beş soyad sırasına Beridze (19 765), Məmmədov (19 294), Kapanadze (13 294), Qelaşvili (13 505) və Əliyev (13 118) daxil olub. Bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin Mülki Reyestr Agentliyinin məlumatında göstərilib.

Tiflisdə ən geniş yayılmış soyad Maysuradze (4 678), Tsiklauri (3 726), Qelaşvilidir (3 174). Abxaziyada ən çox yayılmış soyad Şoniya (2 250), Acariyada - Beridze (11 935), Quriyada - Çixadze (2 064), İmeretiyada - Kapanadze (6 073), Samaqrelo - Zemo Svanetidə - Kvaratsxeliya (5 437), Raça-Leçxumi-Kvemo Svanetidə - Liparteliani (1 189), Kaxetiyada - Mçedlivşvili (1 959), Mtsxeta-Mtianetidə - Tsiklauri (1 987), Kvemo-Kartlidə - Məmmədovlar (16 150), Şida Kartlidə - Qelaşvili (3 059), Samtsxe-Cavaxetiyada da Qelaşvili (2 265) soyadı liderlik edir.

Xəbər lenti

Xəbər lenti