...

Ermənistan QİƏT ölkələri Nəqliyyat Nazirləri Şurasının İstanbul toplantısında iştirak edəcək

Dünya xəbərləri Materials 4 İyul 2007 16:49 (UTC +04:00)

Ermənistanın nəqliyyat və rabitə nazirinin müavini Qrant Beqlaryan iyulun 5-də İstanbulda öz işinə başlayacaq Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) Nəqliyyat Nazirləri Şurasının iclasında iştirak edəcək.

Bu barədə "Novosti-Armeniya" agentliyinə Ermənistan Nəqliyyat Nazirliyinin mətbuat katibi Tamara Qaleçyan məlumat verib. Onun sözlərinə görə, iclasda əsas diqqət Qara dəniz ətrafında dairəvi avtomobil magistralın yaradılması proqramı üzrə memorandumun imzalanmasına yönələcək.

Qaleçyan həmçinin qeyd edib ki, hələlik Beqlaryanın Türkiyə nümayəndələri ilə mümkün ikitərəfli görüşləri barədə hər hansı məlumat yoxdur. "Lakin bu, o demək deyil ki, belə görüşlər istisnadır" - deyə o vurğulayıb.

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 1992-ci ilin iyununda İstanbulda yaradılıb. Təşkilat özündə 11 dövləti birləşdirir. Bunlar Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Türkiyə və Ukraynadır.

Qurumun məqsədi ticarət, sənaye, energetika, nəqliyyət, rabitə, elm, kənd təsərrüfatı, ekologiya və turizm sahələrində çoxtərəfli regional əməkdaşlığın təşviqidir.

Xəbər lenti

Xəbər lenti