...

Bakıda əmisi oğlunu qətlə yetirən şəxs tutulub

Hadisə Materials 23 Sentyabr 2014 18:22 (UTC +04:00)
Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Günel Məmmədova Trend-ə bildirib ki, sentyabrın 23-də saat 05 radələrində Zeynalov Əlisamit Ataməli oğlunun Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayan əmisi oğlu Dostməmmədov Hacıəli Əliağa oğlunun yaşadığı evə gələrək, şəxsi münasibətlərin pozulması zəminində özündə olan qiyməkeşlə (çapacaqla) onun bədənin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) madddəsilə cinayət işi başlanıb və cinayətin törədilməsində şübhəli bilinən Ə.Zeynalov tutularaq istintaqa cəlb olunub.
Bakıda əmisi oğlunu qətlə yetirən şəxs tutulub

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda əmisi oğlunu qətlə yetirən şəxs tutulub.

Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Günel Məmmədova Trend-ə bildirib ki, sentyabrın 23-də saat 05 radələrində Zeynalov Əlisamit Ataməli oğlunun Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayan əmisi oğlu Dostməmmədov Hacıəli Əliağa oğlunun yaşadığı evə gələrək, şəxsi münasibətlərin pozulması zəminində özündə olan qiyməkeşlə (çapacaqla) onun bədənin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) madddəsilə cinayət işi başlanıb və cinayətin törədilməsində şübhəli bilinən Ə.Zeynalov tutularaq istintaqa cəlb olunub.

Həmin tarixdə saat 16 radələrində zərərçəkmiş H.Dostməmmədov aldığı xəsarətlərdən xəstəxanada öldüyündən cinayət işi Cinayət Məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti