...

Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır - ÜST

Cəmiyyət Materials 26 Aprel 2024 01:43 (UTC +04:00)
Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır - ÜST

Bakı. Trend:

11-15 yaşlı yeniyetmələr arasında alkoqol və elektron siqaret istifadəçilərinin sayı narahatlıq doğuran həddə artıb. Dövlətlər bunun qarşısını almaq üçün konkret addımlar atmalıdır.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bölməsinin rəhbəri Hans Kluqe bildirib. Kluqe qeyd edib ki, yeniyetmələr arasında zərərli maddələr istifadə istər Avropa, istərsə də ondan kənarda ictimai səhiyyəyə ciddi təhdid yaradır. 15 yaşlı gənclərin 57%-i artıq alkoqol qəbul edib, elektron siqaret adiləşir.

ÜST rəsmisi vəziyyətdən çıxış yolu kimi qiymətlərin artırılmasını, satış yerlərinin məhdudlaşdırılmasını və aromatizatorların qadağan edilməsini təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti