...

ABŞ qoşunlarının əsas hissəsini Niger və Çaddan çıxaracaq

Dünya xəbərləri Materials 26 Aprel 2024 02:54 (UTC +04:00)
ABŞ qoşunlarının əsas hissəsini Niger və Çaddan çıxaracaq

Bakı. Trend:

Niger və Çadda yerləşən ABŞ qoşunlarının əsas hissəsi bu ölkələri tərk edəcək.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" adı açıqlanmayan iki ABŞ hökumət rəsmisinə istinadən bildirib.

Bir mənbəyə görə, Nigerdəki 1 minlik hərbi kontingentin əhəmiyyətli hissəsi ölkəni tərk edəcək.

Digər agentlik mənbəsi əlavə edib ki, ABŞ 100 əsgərinin böyük hissəsini Çaddan çıxaracaq.

Xəbər lenti

Xəbər lenti