...

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Dünya xəbərləri Materials 26 Aprel 2024 02:18 (UTC +04:00)
Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Bakı. Trend:

Rusiyalı kosmonavtlar Oleq Kononenko və Nikolay Çub Beynəlxalq Kosmik Stansiyanın (BKS) xarici səthində təmiri başa çatdıraraq stansiyaya qayıdıblar.

Trend-in məlumatına görə, bortdankənar təmirin 7 saata bitəcəyi gözlənirdi. Lakin kosmonavtlar işi vaxtından əvvəl – 4 saat 36 dəqiqəyə başa çatdıra biliblər.

Bu müddət ərzində kosmonavtlar radiolokator və digər avadanlıqları təmir edə biliblər. Hər 2 şəxs stansiyanın daxilinə qayıdıb və özünü yaxşı hiss edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti