...

Samuxda avtomobil piayadını vuraraq öldürüb

Hadisə Materials 24 Yanvar 2015 23:38 (UTC +04:00)
Hadisə rayonun Qarayeri qəsəbəsində baş verib
Samuxda avtomobil piayadını vuraraq öldürüb

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Samuxda avtomobil piayadını vuraraq öldürüb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qarayeri qəsəbəsində baş verib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə Samux rayon İnistitut qəsəbə sakini 28 yaşlı Bayram Qasımov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib.

Həkimlərin sözlərinə görə Bayram Qasımova ilkin baxış zamanı onun öldüyü məlum olub.

Bayram Qasımov Qarayeri qəsəbəsində yolu keçərkən 65 yaşlı Gəncə sakini Nicat Qasımov idarə etdiyi Mersedes markalı avtomobillə onu vurub.

Faktla bağlı Samux rayon polis şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti