...

Tovuzda VAZ-la "Niva" toqquşub, yaralı var (FOTO)

Hadisə Materials 13 Oktyabr 2015 19:18 (UTC +04:00)
Tovuzda iki avtomobil toqquşub.
Tovuzda VAZ-la "Niva" toqquşub, yaralı var (FOTO)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Tovuzda iki avtomobil toqquşub.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, qəza zamanı sürücülərdən biri xəsarət alıb.

Hadisə bu gün günorta saatlarında Tovuzun girişində Qala kompleksinin qarşısında baş verib. "VAZ 2107" və "Niva" markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü 33 yaşlı Samir Vəliyev xəsarət alıb. Zərərçəkən dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi olub. Qəza baş verən magistralda avtomobillərin hərəkəti bir müddət dayanıb. Qəzaya düşən maşınlar ərazidən götürüldükdən sonra yolda hərəkət bərpa olub.

Faktla bağlı Tovuz polisi araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti