...

Bıçaqla hədələyərək varlanmaq istədilər

Hadisə Materials 29 Oktyabr 2015 13:54 (UTC +04:00)
Yasamal rayonunda Bakı şəhər sakinini hədələyərək pulunu alan şəxslər saxlanılb.
Bıçaqla hədələyərək varlanmaq istədilər

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Elmir Murad/

Yasamal rayonunda Bakı şəhər sakinini hədələyərək pulunu alan şəxslər saxlanılb.

Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, hadisə rayonun Şərifzadə küçəsində baş verib. Şəxsiyyəti məlum olmayan 3 Bakı şəhər sakini Əjdər Əzizlini bıçaqla hədələyərək 500 manatını alıb hadisə yerini tərk ediblər.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Xıdır Eldarov, Firuz Əlimədətov və Qazax rayon sakini Elşad Mustafayev saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti