...

Dənizdə batan 3 nəfər xilas edilib

Hadisə Materials 25 İyun 2016 17:22 (UTC +04:00)
Dənizdə batan 3 nəfər xilas edilib.
Dənizdə batan 3 nəfər xilas edilib

Bakı. Trend:

Dənizdə batan 3 nəfər xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti