...

DİN: 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib

Hadisə Materials 2 İyul 2016 18:01 (UTC +04:00)
Ötən gün daxili işlər orqanları tərəfindən gün ərzində 74 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb.
DİN: 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib

Bakı. Trend:

Ötən gün daxili işlər orqanları tərəfindən gün ərzində 74 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 30 nəfər tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti