...

Bakıda qadını qarət edən şəxsə 5 il cəza verildi

Hadisə Materials 25 İyul 2016 17:01 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mail Bayramovun sədrliyi ilə soyğunçuluqda təqsirləndirilən paytaxt sakini İlkin Məmmədovun işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakıda qadını qarət edən şəxsə 5 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mail Bayramovun sədrliyi ilə soyğunçuluqda təqsirləndirilən paytaxt sakini İlkin Məmmədovun işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Məmmədov 5 il müddətində azadlıqdan məhrum edilib.

İttihama görə, İ.Məmmədov Masazır qəsəbə sakini Səriyyə Ağalarovanın əlindəki çantanı oğurlayarkən yaxalanıb. Ona Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti