...

İntihar etmək üçün qülləyə çıxdı - Bakıda

Hadisə Materials 21 Oktyabr 2016 19:18 (UTC +04:00)
İntihar məqsədilə qülləyə çıxan Səbail sakini xilas edilib.
İntihar etmək üçün qülləyə çıxdı - Bakıda

Bakı. Trend:

İntihar məqsədilə qülləyə çıxan Səbail sakini xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda bir nəfərin intihar etmək məqsədi ilə qülləyə çıxması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 17:27-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti