Bakı. Trend:
Gecə saatlarında Goranboyda baş verən yanğın hadisəsi tələfatsız ötüşməyib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Qaraçinar kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan, kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1932-ci il təvəllüdlü Dadaşov Məhəmməd Muxtar oğlunun yanmış meyiti aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.