...

Gömrükdə qaçaqmal mobil telefonlar müsadirə edilib

Hadisə Materials 18 Noyabr 2016 09:47 (UTC +04:00)
Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
Gömrükdə qaçaqmal mobil telefonlar müsadirə edilib

Bakı. Trend:

Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxış zamanı avtomobilin qabaq oturacaqlarının altındakı sandıqçalarda, əvvəlcədən gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd “Samsung Galaxy J1 mini” və 4 ədəd “Samsung Galaxy J3” markalı mobil telefonlar, eyni zamanda, mobil telefonlara aid aksesuarlar - 1 ədəd USB kabel, 4 ədəd qidalandırıcı cihaz, 5 ədəd telefon qutusu, 6 ədəd “qulaqcıq” aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti