...

Bakıda ölümlə nəticələnən qəza olub

Hadisə Materials 20 Yanvar 2017 12:46 (UTC +04:00)
Nərimanov rayonunun Ziya Bünyadov prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıda ölümlə nəticələnən qəza olub

Bakı. Trend:

Paytaxtın Nərimanov rayonunun Ziya Bünyadov prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 20-də saat 1 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Masallı rayon sakini Ceyhun Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Oqtay Gülmalıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti