Bakı. Trend:
Gəncə şəhərində vətəndaşa məxsus 3 otaqlı evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 7 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.