...

Külli miqdarda qızılın ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb

Hadisə Materials 5 Aprel 2017 11:12 (UTC +04:00)
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük nəzarətindən bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Külli miqdarda qızılın ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb

Bakı. Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük nəzarətindən bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Pekin-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının çantası rentgen aparatından keçirilərkən monitorda qızıl-zinət əşyalarının təsviri görünüb. Bu səbəbdən həmin şəxsin çantası təkrar yoxlanılıb.

Yoxlama zamanı, çantada əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan - 6 ədəd üzük, 2 cüt sırğa, 2 ədəd qolbaq, 2 ədəd kulon və 1 ədəd üzəri qaşlarla bəzəldilmiş kulonlu boyunbağı aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 123,38 qram olan və 750/999 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatıdır.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti