...

8 mindən artıq aksiz markasız siqaret müsadirə edilib

Hadisə Materials 5 Aprel 2017 12:13 (UTC +04:00)
8360 ədəd aksiz markasız siqaret aşkar edilib.
8 mindən artıq aksiz markasız siqaret müsadirə edilib

Bakı. Trend:

8360 ədəd aksiz markasız siqaret aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız siqaretlərin realizə edilməsi barədə məlumat daxil olub.

Daxil olan məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi “MERCEDES 190” markalı, minik avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin ərazisində saxlanılıb və nəqliyyat vasitəsinə baxış keçirilib.

Yoxlama zamanı avtomobildən 8360 ədəd aksiz markasız xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağl araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti