...

Bakının mərkəzində yaşayış binasındakı yanğın söndürülüb (FOTO) (YENİLƏNİB)

Hadisə Materials 10 Aprel 2017 16:19 (UTC +04:00)
Bakının mərkəzində yaşayış binasında yanğın başlayıb.
Bakının mərkəzində yaşayış binasındakı yanğın söndürülüb (FOTO) (YENİLƏNİB)

İlk xəbər saat 15:05-də yayımlanıb

Bakı. Samir Əli - Trend:

Bakının mərkəzində yaşayış binasında baş vermiş yanğın söndürülüb. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğının baş vermə səbəbləri məlum deyil.

X X X

Bakının mərkəzində yaşayış binasında yanğın başlayıb.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın paytaxtın Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsində - "Mərkəzi Univermaq" Açıq Səhmdar Cəmiyyətinin (MUM) binasının yaxınlığında baş verib.

Hadisə yerinə 2 yanğınsöndürmə briqadası cəlb edilib. Hələlik alovun qarşısını ala bilməyiblər. Yanğın davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti