...

Qusarda ikimərtəbəli ev yanıb

Hadisə Materials 16 Aprel 2017 09:37 (UTC +04:00)
Qusarda yanğın qeydə alınıb
Qusarda ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Qusarda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Qusar rayonu, Hil kəndində vətəndaşa məxsus ümumi sahəsi 260 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları 130 m2 sahədə yanıb.

Evin qalan hissəsi və qonşu evlər yanğındn mühafizə olunub.

Yanğın saat 04:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti