...

Tovuzda 65 yaşlı kişi ailəsi ilə dalaşdı, sirkə turşusu içdi

Hadisə Materials 1 İyun 2017 11:43 (UTC +04:00)
Tovuz rayonunda intihar hadisəsi baş verib.
Tovuzda 65 yaşlı kişi ailəsi ilə dalaşdı, sirkə turşusu içdi

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda intihar hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə iyunun 1-də gecə saatlarında baş verib.

Rayonun Qaraxanlı kənd sakini, 1952-ci il təvəllüdlü Vəlixanov Aydın Vəlixan oğlu gecə saat 04: 00 radələrində yaşadığı evdə esense turşusu (sirkə) içib. Yaralı dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb. A.Vəlixanov xəstəxanada dünyasını dəyişib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi deyilir.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti