...

Para-üzgüçümüz Avropa Açıq Çempionatında 3-cü medalını qazanıb

İdman Materials 26 Aprel 2024 00:46 (UTC +04:00)
Para-üzgüçümüz Avropa Açıq Çempionatında 3-cü medalını qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Para-üzgüçümüz Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında növbəti medalını qazanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, 100 metr məsafəyə sərbəst üsulla üzmədə 3-cü yeri tutub.

Bu, Saleyin Avropa çempionatında 3-cü medalı olub. Raman 100 metr məsafəyə arxasıüstə üzmədə qızıl, eyni məsafəyə kəpənək üsulla üzmədə isə gümüş medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan yığması turnirdə 4 medal qazanıb. Komandamızın digər üzvü Vəli İsrafilov Avropa çempionu tituluna yiyələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti