Bakı. Trend:
Yasamal rayonunda vətəndaşa məxsus “Kia” markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 09:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.